ABŞ İrandan Çinə mal çatdıran iki şirkətə qarşı sanksiya tətbiq edib

2024/01/c26bb-1705940297.jpg
Oxunub: 189     21:26     27 Fevral 2024    
ABŞ hakimiyyəti İran Müdafiə Nazirliyinin maraqları naminə Çinə mal çatdıran iki şirkətə sanksiya tətbiq edib.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Söhbət Honq-Konq və Marşal adalarında qeydiyyatdan keçmiş “Kohana” və “Iridescent” şirkətlərindən gedir.

Amerika tərəfinin bildirdiyinə görə, gəmi İrandan Çinə 100 milyon dollar dəyərində yük çatdırıb.

Bəyanatda iddia olunur ki, İran Müdafiə Nazirliyi ilə əlaqəli strukturlar Rusiyaya və ABŞ və onun müttəfiqlərinə qarşı fəaliyyət göstərən qruplara silah verir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Sanksiya  


Bizi "telegram"da izləyin