Ukrayna gün ərzində Rusiyanın ikinci Su-34 qırıcısını vurub

2024/02/e2942-1709049804.jpg
Oxunub: 293     19:20     27 Fevral 2024    
Ukrayna Hava Qüvvələri gün ərzində Rusiyanın ikinci Su-34 qırıcı-bombardmançı təyyarəsini vurub.

Ordu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşuk "Telegram"da məlumat verib.

Oleşuk vurulan Rusiya təyyarəsinin fotosunu paylaşıb.

Hərbi Hava Qüvvələrinin komandanı səhər saatlarında da Ukraynanın şərqində Rusiyaya məxsus Su-34-ün vurulduğu barədə məlumat vermişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin