Ermənistanın keçmiş müdafiə naziri: “Rəqibin tələblərinə hörmətlə yanaşaraq, bütün mümkün “qırmızı xətləri” keçirik”

2024/01/1705992179.jpg
Oxunub: 163     11:07     27 Fevral 2024    
“Azərbaycan sülh müqaviləsi imzalamaq fikrində deyil və Ermənistan tərəfi nəinki rəqibin hərəkətlərini cavabsız qoymağa davam edir, hətta rəqibin tələblərinə hörmətlə yanaşaraq, bütün mümkün qırmızı xətləri keçir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, “Ümumerməni cəbhəsi” hərəkatının lideri Arşak Karapetyan deyib.

Onun sözlərinə görə, Ermənistanın bütün məsələlərdə davranışı çox narahatvericidir.

Karapetyan qeyd edib ki, bütün bunlar Ermənistan dövlətçiliyi və əhalisi üçün çox pis bitə bilər.

“Azərbaycan konstitusiyanı dəyişdirməyimizi istəmir, tariximizin olmamasını istəyir”, - deyə Karapetyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin