ANAMA-ya Aparat rəhbəri təyin edilib

2024/02/89140-1707067317.jpg
Oxunub: 160     11:05     27 Fevral 2024    
Azərbaycan Minatəmizləmə Agentliyində (ANAMA) Aparat rəhbəri vəzifəsinə təyinat olub.

Bu barədə Ordu.az-a ANAMA-dan məlumat verilib.

Qeyd edilib ki, Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanovun müvafiq əmri ilə Rauf Hüseynov bu vəzifəyə təyin olunub.

Rauf Hüseynov 1982-ci ildə anadan olub. Uzun müddət bank sektorunda rəhbər vəzifələrdə çalışıb. 2020-2023-cü illərdə dövlət şirkəti olan “Azərbaycan Sənaye Korporasiyası” ASC-də Müşahidə Şurası sədrinin ofisinin rəhbəri, 2023-cü ilin aprel ayından son təyinatadək “AzərTürkBank” ASC-də İdarə Heyəti sədrinin müşaviri olub.

R.Hüseynov Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbinin məzunudur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   Təyinat  


Bizi "telegram"da izləyin