Avstriyanın Zalsburq şəhərində Xocalı şəhidlərinin xatirəsi anılıb - FOTOLAR

2024/02/259d2-1708973751.jpg
Oxunub: 207     22:13     26 Fevral 2024    
Avstriyanın Zalsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım mərasimi təşkil edilib.

Bu barədə Ordu.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Gün ərzində Mədəniyyət Evində Xocalı soyqırımına həsr olunmuş guşədə kitab, broşür və informasiya materialları nümayiş etdirilib, faciəyə dair videoçarxlar göstərilib.

Tədbiri giriş sözü ilə açan Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov 32 il bundan 1992-ci ildə Ermənilərin vəhşiliklə qətlə yetirdikləri Xocalı qurbanlarının əziz xatirəsinə ehtiram olaraq 1 dəqiqəlik sükut elan edib, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə həsr olunmuş nitq söyləyib.

Mərasimdə Xocalı qurbanlarının, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə həsr olunmuş çıxışlar edilib, şerlər səsləndirilib. Tədbirdə bütün şəhidlərin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.

Mərasimdə Azərbaycan və Türkiyə diasporunun üzvləri ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri də iştirak ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Avstriya   Zalsburq   Xocalı-şəhidləri  


Bizi "telegram"da izləyin