Casus müharibələri: ABŞ MKİ Ukraynaya necə kömək edir?

2024/02/2024--1708936519.jpg
Oxunub: 274     19:43     27 Fevral 2024    
“The New York Times” Ukrayna ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) arasındakı əlaqələri dərindən araşdıran məqaləsini paylaşıb.

Ordu.az-ın xəbərinə görə, məqalədə qeyd olunub ki, sıx meşədə yerləşən Ukrayna hərbi bazası tərk edilmiş və dağıdılmış kimi görünür, komanda mərkəzi müharibənin əvvəlində Rusiyanın raket hücumunun qurbanı olub.

“Ancaq bu, yerüstü bazadır. Uzaqda gizli keçid yeraltı bunkerə aparır, burada ukraynalı hərbi qulluqçulardan ibarət qruplar rus casus peyklərini izləyir və rus komandirlər arasında danışıqları dinləyir. Bir ekranda qırmızı xətt kamikadze tipli Pilotsuz Uçuş Aparatının (PUA) Ukraynanın mərkəzindəki bir nöqtədən Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) sistemlərindən yan keçərək, Rusiyanın Rostov şəhərindəki hədəfə qədər marşrutunu izləyirdi. Rusiyanın işğalından bir neçə ay sonra dağıdılmış komanda mərkəzini əvəz etmək üçün tikilən yeraltı bunker Ukrayna ordusunun gizli sinir mərkəzidir. Başqa bir sirr var: Baza demək olar ki, tamamilə MKİ tərəfindən maliyyələşdirilir və qismən də təchiz edilir. Baş kəşfiyyat komandiri general Serhii Dvoretski bazada verdiyi müsahibədə “110%” dedi. Yüz minlərlə insanın həyatına son qoyan müharibənin üçüncü ilinə qədəm qoyduqda, Vaşinqton və Kiyev arasında kəşfiyyat əməkdaşlığı Ukraynanın özünü müdafiə etmək qabiliyyətinin əsasını təşkil edir. MKİ və digər ABŞ kəşfiyyat agentlikləri hədəflənmiş raket zərbələri üçün kəşfiyyat məlumatları təqdim edir, Rusiya qoşunlarının hərəkətlərini izləyir və casus şəbəkələrinə dəstək verir. Lakin bu tərəfdaşlıq müharibə dövründə yaranmayıb və onun yeganə faydalanan tərəfi Ukrayna deyil”, - deyə nəşr bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   MKİ   Ukrayna   Casus  


Bizi "telegram"da izləyin