Erməni ekspert: “Bütün 2023-cü il ərzində hindlilərin Ermənistana miqrasiya axını 65 min nəfər təşkil edib”

2024/02/16423-1708934289.jpg
Oxunub: 236     20:56     27 Fevral 2024    
“Hindistandan miqrasiya axını nə Ermənistan, nə də Hindistan tərəfindən dövlət səviyyəsində idarə olunmur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Respublika İşəgötürənlər Birliyinin sədri Qaqik Makaryan deyib.

O qeyd edib ki, bu, vaxtilə Ermənistanda yaşamış, burada əlaqələr qurmuş və “briqadir” işini yerinə yetirmiş qruplar tərəfindən həyata keçirilir.

“Ermənistanda məşğulluq imkanları ilə bağlı məlumatlar Hindistanda çox sürətlə yayılır və bu da əlavə marağa səbəb olur. Bəzi hindlilər hətta müvəqqəti qazanc üçün gəlmək əvəzinə Ermənistanda məskunlaşmaq haqqında düşünürlər”, - deyə erməni ekspert bildirib.

Makaryanın qiymətləndirməsinə görə, bütün 2023-cü il ərzində hindlilərin Ermənistana miqrasiya axını (gələnlərin və gedənlərin sayı) 65 min nəfər təşkil edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Ermənistan  


Bizi "telegram"da izləyin