“Ermənistanın ehtiyac duyduğu silahlar xüsusi hərbi əməliyyat çərçivəsində yüksək tələb olunan silahlardır” - Ruslan Puxov

2023/11/1700721393.jpg
Oxunub: 374     19:14     27 Fevral 2024    
“Ermənistanın öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün ehtiyac duyduğu silahlar xüsusi hərbi əməliyyat çərçivəsində yüksək tələb olunan silahlardır”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov deyib.

Onun sözlərinə görə, KTMT-nin özünü yonca yarpağı ilə müqayisə etmək olar, çünki üç istiqaməti - Cənubi Qafqazı, Qərbi və Mərkəzi Asiyanı birləşdirən hər şey Rusiyaya gəlib çıxır.

Puxov qeyd edib ki, Belarusun öz suverenliyini qorumaq üçün ehtiyacı olan şey Tacikistana qətiyyən lazım deyil və eyni şəkildə Ermənistanı narahat edən də Tacikistanla çox zəif bağlıdır, çünki Ermənistan üçün əsas təhlükə Çinin müdaxiləsi deyil.

“Ona görə də KTMT çərçivəsində silah alışı sahəsində homogen siyasətdən danışmaq düzgün deyil. Ermənistanın öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün ehtiyac duyduğu silahlar xüsusi hərbi əməliyyat çərçivəsində yüksək tələb olunan silahlardır. Rusiya hərbi ekspertləri nadir istisnalarla Ermənistanın xaricdən silah almasına çox sakit yanaşırlar”, - deyə Puxov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Silah   KTMT  


Bizi "telegram"da izləyin