Erməni jurnalist: “Paşinyan ölkəmizi KTMT və AİB-dən çıxaracaq, bizi aciz, çarəsiz vəziyyətdə qoyacaq”

2024/02/53634-1708933479.jpg
Oxunub: 139     10:43     27 Fevral 2024    
“Bəli, Paşinyan ölkəmizi KTMT və Avrasiya İqtisadi Birliyindən (AİB) çıxaracaq, rus bazasını da çıxaracaq, Rusiya sərhədçilərini mütləq çıxaracaq, bizi aciz, çarəsiz vəziyyətdə qoyacaq, çünki o buna aparır”.

Ordu.az xəbər verir ki, bunu “Yerevan Today” nəşrinin redaktoru Sevak Hakopyan öz “Facebook” səhifəsində yazıb.

“Bizim çoxumuz 2018-ci ilin may ayından etibarən Paşinyan hökumətinə kifayət qədər düzgün qiymət vermişik. Etiraf etməliyik ki, Paşinyan ən ardıcıl fiqur oldu. Nə deyirsə, ardıcıl olaraq edir, bunu etiraf etməliyik. Təbii ki, söhbət onun illərdir seçicilərinin başını doldurduğu ucuz populist vədlərdən getmir. Xeyr. Söhbət onun daxili inanclarından, ideyalarından gedir”, - deyə o qeyd edib.

Hakopyan bildirib ki, indi Paşinyan və ya onun nümayəndələri ilə hər hansı bir əlaqəsi olan hər kəs onun real-siyasətdə fərqli olduğunu düşünərək, özünü aldatmaqla məşğul olduğunu anlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   KTMT   AİB  


Bizi "telegram"da izləyin