ABŞ SQ Yəməndə husilərə zərbə endirilib

2024/02/1707370047.jpg
Oxunub: 185     04:48     25 Fevral 2024    
ABŞ və Böyük Britaniya qüvvələri Yəməndəki husi hədəflərinə yenidən zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

“ABŞ Britaniya Silahlı Qüvvələri ilə birlikdə Avstraliya, Bəhreyn, Kanada, Danimarka, Niderland və Yeni Zelandiyanın dəstəyi ilə Yəməndə husilərin nəzarətində olan 18 hədəfə zərbələr endirib”, - məlumatda deyilir.

Komandanlığa görə, zərbələrin hədəfi raketlər, pilotsuz təyyarələr, hava hücumundan müdafiə sistemləri və radarlar da daxil olmaqla silah anbarları olub. Hədəflərdən biri helikopter olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yəmən  


Bizi "telegram"da izləyin