Dövlət Komissiyası: Yaxın vaxtlarda taleyi aydınlaşdırılmayan itkinlərimizlə bağlı ailələrinə yeni məlumat verəcəyik

2023/09/86886-1694950632.jpg
Oxunub: 182     12:54     24 Fevral 2024    
İtkin düşən şəxslərin statistikası dəyişib.

Ordu.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov Xocalı itkilərinin naməlum taleyindən bəhs edən "13" adlı bədii-sənədli filmin təqdimatında deyib.

O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən qələbədən sonra Dövlət Komissiyasına yüzlərlə insan öz yaxınlarının itkin düşməsi ilə bağlı yeni məlumatlar verir: “Yaxın vaxtlarda biz rəqəmləri dəyişəcəyik. Biz yenə də taleyi aydınlaşdırılmayan itkinlərimizlə bağlı itkin ailələrinə yeni məlumat verəcəyik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin