“News.am”: Ermənistan İnterpol qarşısında Kamil Zeynallı ilə bağlı adekvat əsaslar gətirə bilməyib

2024/02/af009-1708507396.jpg
Oxunub: 2583     12:29     24 Fevral 2024    
“Moskvada həbs edilən azərbaycanlı bloger və fitnes məşqçisi Kamil Zeynallının azadlığa buraxılmasından və Bakıda qarşılanmasından bir neçə saat sonra Ermənistan prokurorluğu Zeynallının Ermənistana təhvil verilməsi ilə bağlı sorğunu Rusiya Federasiyası Baş Prokurorluğuna göndərdiyini açıqlayıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, erməni tərəfi bu cür gecikmiş addımla əslində baş verənlərə görə bütün məsuliyyəti Rusiya tərəfinin üzərinə qoymağa çalışır.

“Bu arada məlum olur ki, blogerin azadlığa buraxılmasında bizim hüquq-mühafizə orqanlarının əməkdaşlarının da payı var. Mənbələrimiz bildirirlər ki, ötən ilin oktyabrında İnterpol Ermənistan Daxili İşlər Nazirliyindən “qətl”də şübhəli bilinən Azərbaycan vətəndaşının törətdiyi cinayət əməlləri ilə bağlı sübutların təqdim edilməsini tələb edib, lakin blogerin açıqlamaları və internetdə yayılan görüntüləri əsasında adam öldürmə maddəsi ilə cinayət işi açan hüquq-mühafizə orqanlarının əməkdaşları adekvat əsaslar gətirməyiblər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İnterpol  


Bizi "telegram"da izləyin