Makron Paşinyanla Murad Papazyanı “barışdırmağa” çalışıb

2024/02/1708762392.jpg
Oxunub: 209     13:28     24 Fevral 2024    
Fevralın 21-də Misak Manuşyan və həyat yoldaşının Fransa panteonunda dəfn edilməsi münasibətilə Nikol Paşinyanın Fransada olmasından istifadə edərək, Fransa Prezidenti Emmanuel Makron Nikol Paşinyanla Fransa-Ermənistan Təşkilatlarının Koordinasiya Şurasının həmsədrləri Murad Papazyan və Ara Toranyan arasında təmas təşəbbüsü ilə çıxış edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın KİV-ləri yazıb.

Daşnaksütun partiyasının mətbuat xidmətindən bildiriblər ki, söhbət Yelisey sarayında təşkil edilən şam yeməyinin sonunda Emmanuel Makronun iştirakı ilə baş tutub.

Qeyd olunub ki, Makron Murad Papazyan və Ara Toranyanın Ermənistan üçün gördüyü işləri yüksək qiymətləndirib.

“Makron onların Ermənistanı müdafiə etmək əzmində olduqlarını və Fransadakı erməni icmasını, Fransa hökumətini və bütün siyasi aktorları birləşdirməyə qadir olduqlarını vurğulayıb. Fransa Prezidentinin sözlərindən sonra Murad Papazyan bu təşəbbüsü alqışlayıb. CCAF həmsədri Nikol Paşinyana müraciət edərək, ona qarşı 19 ay davam etmiş Ermənistana buraxılmama faktını pisləyib. Nəhayət, Ermənistan ədliyyə sistemi bunu aradan qaldırıb. Murad Papazyan Nikol Paşinyanı bu dərin qeyri-demokratik və bölücü qərara görə tənqid edib”, - deyə partiyadan bildiriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Paşinyan  


Bizi "telegram"da izləyin