Qərbdən açıq tələblər| Paşinyanın müavinini əvəz edəcək adam axtarırlar

2024/02/1708761951.jpg
Oxunub: 212     14:21     24 Fevral 2024    
Münhen görüşündən sonra Ermənistan-Rusiya münasibətləri Qərbin tələbi olan açıq qarşıdurma mərhələsinə qədəm qoyub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Qərb Ermənistan hakimiyyətinin qarşısında “Nəhayət qərar ver, bizim yanımıdasınız, yoxsa Rusiyanın yanındasınız?” tələbini qoyub.

“Fransa mətbuatına müsahibə verən Nikol Paşinyan həmin tələbi yerinə yetirərək, Ermənistanın KTMT-dəki üzvlüyünün dondurulduğunu, Rusiyanın ötən ilin sentyabrında Ermənistanda dövlət çevrilişinə cəhd etdiyini bildirib. Rəsmi mənbələr bildirirlər ki, Qərb həmçinin Baş nazirin müavini Mher Qriqoryanın gələcək səlahiyyətlərinin məqsədəuyğun olmaması məsələsini gündəmə gətirib. Məlumdur ki, hakimiyyətin Soros qanadı Mher Qriqoryandan mütəmadi olaraq Paşinyana şikayət edib, çünki onlar onu Rusiyanın təsir fiquru hesab edirlər və Qriqoryanın Ermənistanda Qərbin planlarına mane olmasından şübhələnirlər. Bununla belə, Mher Qriqoryanı ümumilikdə hakim partiyada “öz adamları” hesab etmirlər və onun yerinə komanda yoldaşının gəlməsi lazım olduğunu düşünürlər, amma layiqli əvəzləyici tapmırlar. Qriqoryanla parlamentin iqdisadi komissiyasının sədri olan Babken Tunyan arasında münasibətlər xüsusilə gərgindir. Parlamentdə deyirlər ki, Mher Qriqoryan pul sahiblərinə xidmət edən bu cür layihələrə lobbiçilik edir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Qərb  


Bizi "telegram"da izləyin