Conson Avropa liderlərinin ardınca Kiyevə səfər edib

2021/08/ju-1629281854.jpg
Oxunub: 115     11:38     24 Fevral 2024    
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson bir sıra Avropa liderlərinin ardınca Ukraynaya həmrəylik səfəri edib.

Ordu.az xəbər verir ki, bu barədə ukraynalı parlamentari Aleksey Qonçarenko teleqram kanalında məlumat yayıb.

Qeyd edək ki, Ukrayna KİV-i İtaliyanın Baş naziri Corcia Meloninin, Kanadanın Baş naziri Castin Tüdorun, Belçikanın Baş naziri Aleksandr De Krosun, eləcə də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Kyevə səfər etdiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ukrayna  


Bizi "telegram"da izləyin