Türkiyə MİT 2023-cü il üzrə fəaliyyət hesabatını dərc edib

2024/02/1708759779.jpg
Oxunub: 150     14:21     24 Fevral 2024    
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Təşkilatın 2023-cü ildə dövlətin yüksək maraqları çərçivəsində bir çox oyun dəyişdirici gedişlərə töhfə verdiyini, Suriya, Ukrayna, Liviya və Azərbaycan kimi ərazilərdə əməliyyat işləri apardığını və uğurlu missiyalar həyata keçirdiyini bildirib.

Ordu.az xəbər verir ki, 2023-cü ilin qlobal miqyasda yeni böhranlar və qarşıdurmalarla qarşı-qarşıya qaldığına diqqət çəkən Kalın regional və qlobal güc mübarizələri ilə yanaşı, iqtisadiyyat, siyasət, enerji, texnologiya və iqlim kimi müxtəlif sahələrdəki inkişafın ölkələri yeni problemlər qarşısında qoyduğunu bildirib.

Qlobal və regional təhdidlərin hibrid və asimmetrik hala gəlməsi ilə milli təhlükəsizliyin əhatə dairəsinin getdikcə mürəkkəbləşdiyini vurğulayan Kalın təhlükəsizlik strukturlarının da çoxqatlı hala gəldiyinə diqqət çəkib.

Kalın MİT-in şaxələndirici və mürəkkəb təhdidlər qarşısında müxtəlif disiplinlər üzrə imkanlarını istifadə etməyə və inkişaf etdirməyə davam etdiyini qeyd edib.

O, MİT-in inkişaf edən təhdidlərə qarşı mübarizə üsullarını daim dəyişdirdiyini və təkmilləşdirdiyini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MİT  


Bizi "telegram"da izləyin