ƏƏSMN: İraq və Suriyadan repatriasiya olunmuş 500-dək şəxs xidmətlərlə təmin edilib

2023/09/64f86-1694003773.jpg
Oxunub: 145     11:24     24 Fevral 2024    
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi son illərdə İraq və Suriyadan ölkəmizə repatriasiya olunmuş 500-dək şəxsi sosial reabilitasiya və re-inteqrasiya xidmətləri ilə təmin edib.

Nazirlikdən Ordu.az-a verilən xəbərə görə, Agentlik hazırda 16 repatrianta və ailə üzvlərinə evlərində sosial-psixoloji reabilitasiya xidmətlərini davam etdirir.

Qurumun sosial işçi və psixoloqlardan ibarət mütəxəssis qrupları repatriantların ailələrinə səfər edirlər. Repatriasiya olunmuş hər bir şəxsin ilk növbədə sosial-psixoloji qiymətləndirilməsi aparılır.

Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanaraq, onun əsasında sosial reabilitasiya xidmətləri həyata keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Suriya  


Bizi "telegram"da izləyin