Aİ-nin Azərbaycandakı səfirləri münaqişənin ildönümündə Ukraynaya dəstəklərini bildiriblər

2024/02/1708758204.jpg
Oxunub: 124     10:57     24 Fevral 2024    
Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycandakı səfirləri Rusiya ilə müharibənin başlanmasının ikinci ildönümündə Ukraynaya dəstəklərini bildiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko "X" sosial şəbəkəsində yazıb.

“Təşkilatın Azərbaycandakı səfirləri bütün Aİ-nin iki ildir Rusiyanın hərbi təcavüzünün qurbanı olan Ukraynaya sarsılmaz dəstəyini ifadə edirlər”, - o qeyd edib.

Səfir vurğulayıb ki, Aİ Ukraynaya və onun xalqına lazım olduğu müddətcə siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstək göstərməyə davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Azərbaycan  


Bizi "telegram"da izləyin