Somali Prezidenti: “Türkiyə dənizlərimizi 10 il qoruyacaq”

2024/02/69335-1708755645.jpg
Oxunub: 158     13:17     24 Fevral 2024    
Somali Prezidenti Həsən Şeyx Mahmud Türkiyə ilə Somali arasında imzalanan Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Razılaşmasının region ölkələri üçün təhlükə yaratmadığını bəyan edib.

Ordu.az-ın verdiyi xəbərə görə, Həsən Şeyx Mahmud qeyd edib ki, Türkiyə bu müqavilə çərçivəsində 10 il Somali dənizlərini qoruyacaq.

“Türk qardaşlarımız bu müqavilə çərçivəsində dənizlərimizi cəmi 10 il qoruyacaq. 10 illik əməkdaşlıqdan sonra dənizlərimizi qoruyacaq donanmamız olacaq”, - deyə o bildirib.

Mahmud Türkiyə ilə Somali arasında imzalanan Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Müqaviləsi Somali parlamentində təsdiqləndikdən sonra Prezident Sarayında jurnalistlərin suallarını cavablandırıb.

Türkiyə ilə sazişin Somalidə terrorla mübarizə, xarici təhdidlər, dəniz quldurluğu və qeyri-qanuni balıq ovu, sahillərin qorunması və dəniz ehtiyatlarının inkişafı kimi mövzularda əməkdaşlığı əhatə etdiyini qeyd edən Mahmud bildirib ki, sazişin Efiopiya və ya başqa bir ölkəyə qarşı düşmənçilik niyyəti yoxdur.

İki ölkə arasında ortaq dəniz qüvvələrinin yaradılacağını açıqlayan Mahmud bu qüvvələrin 10 il ərzində Somali sularını qoruyacağını və dəniz mənbələrinin inkişafına töhfə verəcəyini deyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Somali   Türkiyə  


Bizi "telegram"da izləyin