Kanada ordusu kibertəhlükəsizlik kadr çatışmazlığı ilə üzləşir

2024/02/fsd36-1708755347.jpg
Oxunub: 123     12:19     24 Fevral 2024    
Kanadada kibertəhlükəsizlik üzrə kadr çatışmazlığı və təlimlərin olduğu bildirilir.

Ordu.az xəbər verir ki, Kanada Müdafiə Nazirliyinin apardığı daxili qiymətləndirmə orduda kibertəhlükəsizliklə bağlı çatışmazlıqları müəyyən edib.

Məlumata Giriş Aktı çərçivəsində dərc edilən qiymətləndirmədə qeyd olunub ki, kadr çatışmazlığı Kiber Qüvvələrin planlaşdırma və icra qabiliyyətinə mane olur və kiber təşəbbüsləri risk altına qoyur.

Bildirilib ki, şəxsi heyətin 84 faizi kibermüdafiə fəaliyyətini həyata keçirmək üçün kifayət qədər şəxsi heyətin olmaması fikrini bildirib.

Sözügedən qiymətləndirmə daha əvvəl Müdafiə Nazirliyi tərəfindən senzura şəklində ictimaiyyətlə paylaşılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Ordu   Kibertəhlükəsizlik  


Bizi "telegram"da izləyin