Türkiyənin polimer gövdəli yerli tapançası DY9 MKE-də satışa çıxıb

2024/02/8547-1708755118.jpg
Oxunub: 164     11:39     24 Fevral 2024    
Konyada fəaliyyət göstərən “Derya Arms” şirkətinin istehsalı olan polimer gövdəli tapança DY9 MKE-də satışdadır.

Ordu.az xəbər verir ki, 4 fərqli rəng birləşməsində satışa çıxarılan DY9-un qiyməti 8 min 500 Türkiyə lirəsi olaraq müəyyən edilib.

9x19 mm çaplı DY9 15 daraq tutumuna malikdir. Lülə uzunluğu 102 mm olan yarımavtomatik tapançanın çəkisi 670 qramdır. Polimer gövdəli və polad qapaqlı DY9 model 9x19 tapança müxtəlif sürüşmə və rəng birləşmələri ilə satışdadır.

DY 9 yığcam quruluşu və yüngülliyi ilə rahat daşıma və istifadə rahatlığı təmin edir.

İlk dəfə Türkiyədə IDEF 2023 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində və xaricdə Ovçuluq və Atıcılıq Sərgisi “SHOT Show 2023”də nümayiş olunan DY9 2023-cü ilin sentyabrında kütləvi istehsala keçib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   IDEF2023   DY9-MKE  


Bizi "telegram"da izləyin