Türkiyədə və dünyada kütləvi istehsala başlayan ilk insanabənzər robot fabriki: AKINROBOTICS (VİDEO)

2024/02/65-1708754623.jpg
Oxunub: 167     11:19     24 Fevral 2024    
“AKINSOFT Yazılım” tərəfindən Konyada qurulan İT və texnologiya şirkəti AKINROBOTICS Türkiyədə və dünyada kütləvi istehsala başlayan ilk insanabənzər robot fabriki olaraq işini davam etdirir.

Ordu.az xəbər verir ki, şirkətin robot ailəsinə 120-dən çox yerli və milli istehsal robotu daxildir.

İstehsal edilən robotlar əyləncə, sağlamlıq, qida və içki, təhsil, turizm, reklam və nəşriyyat sektorlarında xidmət göstərir.

AKINROBOTICS şirkətinin məhsul və layihə üzrə koordinator müavini Fahri Yanar AKINROBOTICS-in işindən danışıb.

Yanar robot istehsalında rəqib şirkətlərin yerli mühərriklərini inkişaf etdirərək fərqləndiklərini bildirib.

“AKINROBOTICS Türkiyədə yerli və milli texnologiyalar üçün inkişaf edən bir mühəndislik markasıdır. 2009-cu ildə Konyada laboratoriya olaraq fəaliyyətə başlayıb və bu gün həm Türkiyədə, həm də dünyada kütləvi istehsala başlayan ilk insanabənzər robot fabriki olaraq iş həyatını davam etdirir. Bu gün istehsal etdiyi robotlarla sosial sahədə, xidmət sektorunda və bir çox başqa sahədə xidmət etməyə davam edən bir markadır. Türk texnologiyasını və mühəndislərini inkişaf etdirən yerli və milli mühəndislik çalışmalarımızı davam etdiririk”, - deyə o əlavə edib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   AKINROBOTICS  


Bizi "telegram"da izləyin