Almaniya Ukraynada tank əleyhinə sistemlər istehsal etməyə hazırlaşır

2024/02/Ekran-1708770595.jpg
Oxunub: 149     10:21     24 Fevral 2024    
Almaniyanın “Dynamit Nobel Defence” (DND) şirkəti və Ukraynanın müdafiə sənayesi şirkəti Ukraynada tank əleyhinə “Panzerfaust-3” tank əleyhinə raket sistemlərinin istehsalına dair müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, razılaşma çərçivəsində Ukrayna şirkətləri silahın son montajından başlaya, daha sonra lisenziyalı istehsala keçə biləcəklər.

“Dynamit Nobel Defence” şirkəti tərəfindən istehsal edilən “Panzerfaust-3” tank əleyhinə raket sistemləri müharibənin əvvəlindən Ukraynaya ən çox çatdırılan portativ tank əleyhinə sistemlərdən biri kimi seçilir.

Çəkisi 15 kiloqram olan geri təpməsiz sistem təqribən 400 metr mənzilə malikdir və reaktiv mühafizə də daxil olmaqla 1 metr polad zirehi dəlmək qabiliyyətinə sahibdir.

Məlumata görə, Ukraynada istehsalın ilkin mərhələsində olan GW110 sələfindən daha yüngül (4 kiloqram/9 funt) və iki dəfə daha çox mənzilli oxşar döyüş başlığına sahib olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin