Macarıstan Aİ-nin Rusiya-Ukrayan müharibəsinin ikinci ili ilə bağlı bəyanatına veto qoyub

2024/02/1708748256.jpg
Oxunub: 115     00:49     24 Fevral 2024    
Macarıstan Rusiya-Ukrayna müharibəsinin ikinci ili münasibətilə Avropa İttifaqına üzv ölkələrin birgə bəyanat imzalamasına icazə verməyib.

Ordu.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Avropa Komissiyası, Avropa Şurası və Avropa Parlamentinin prezidentləri birgə bəyanat dərc ediblər.

Belə bir bəyanatın fevralın 23-də açıqlanacağı gözlənilirdi, lakin Macarıstanın veto qoyması səbəbindən bu baş vermədi.

"Bloomberg"in mənbəsi həmçinin NATO üzvü olmayan AB üzvünün də bəyanatın bəzi hissələrinə şübhə etdiyini bildirib.

Macarıstan Ukraynadakı münaqişə ilə bağlı Avropa İttifaqında xüsusi mövqe tutur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin