ABŞ Rusiya ilə bağlı 93 şirkətə sanksiya tətbiq edib

2024/02/1707456275.jpg
Oxunub: 150     18:29     23 Fevral 2024    
ABŞ ixrac məhdudiyyətli tədbirlərini genişləndirərək Rusiya ilə bağlı 93 şirkətə sanksiya tətbiq edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ticarət Nazirliyindən bildirilib.

Məlumata görə, nazirlik Rusiyanın 63, Türkiyənin 16, Çinin 8, Qırğız Respublikasının isə 2 şirkətinə sanksiya tətbiq edib.

Qeyd olunub ki, siyahıya xarici ticarət, elektronika, sənaye avadanlıqlarının tədarükü, turizm sahələrində fəaliyyət göstərən şirkətlər daxil edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin