Rusiya XİN Ermənistanın KTMT ilə bağlı ittihamlarını qəbuledilməz adlandırıb

2023/05/1685453268.jpg
Oxunub: 225     17:52     23 Fevral 2024    
Rusiya Xarici İşlər Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvan qarşısında mandat və öhdəliklərini yerinə yetirməməsi ilə bağlı Ermənistan hakimiyyətinin ittihamları qəbul etmir.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Biz o mövqedən çıxış edirik ki, İrəvan hüquq və öhdəlikləri ilə təşkilatın tamhüquqlu üzvü olaraq qalmaqda davam edir”, - bəyanatda qeyd olunub.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan France24-ə müsahibəsində ölkəsinin KTMT-də iştirakını dondurduğunu açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin