Erməni deputat: “Çoxlu təcrübəli, istedadlı zabitlər, yüksək rütbəli hərbçilər siyasi məqsədlərlə ordudan qovulublar”

2024/02/1708678626.jpg
Oxunub: 356     11:32     24 Fevral 2024    
“Gec olsun, güc olsun” prinsipinin Silahlı Qüvvələrin kadr təyinatları sahəsində heç bir əsası yoxdur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı, müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyanın üzvü Geğam Manukyan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti hətta normal rəsmi yüksəlişi və işə qəbulu da dünyagörüşü fenomeni olan şou elementləri ilə doldurmağa çalışır.

“Ancaq unudurlar ki, çoxlu təcrübəli, istedadlı zabitlər, yüksək rütbəli hərbçilər siyasi məqsədlərlə ordudan qovulublar”, - deyə Manukyan qeyd edib.

Manukyan bildirib ki, ümumiyyətlə, Ermənistanda ordu ölkənin ən mühüm məsələlərində daha çox canfəşanlıq göstərməli və təşəbbüskar davranmalı idi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət   Ordu  


Bizi "telegram"da izləyin