“168.am”: Ermənistan və Aİ insidentə görə məsuliyyəti Rusiyanın üzərinə qoyur

2024/02/1708678564.jpg
Oxunub: 241     20:23     23 Fevral 2024    
Ermənistan və Avropa İttifaqı bu yaxınlarda Nerkin Hand kəndi yaxınlığında baş vermiş insidentə görə məsuliyyəti Rusiyanın üzvərinə qoyur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, ötən günlərdə İrəvanda Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Riter Aİ-nin mülki müşahidəçilərinin bir həftə əvvəl 4 erməni hərbi qulluqçunun öldüyü Nerkin Handı niyə müşahidə etmədiyinə aydınlıq gətirməyə çalışıb.

“Rusiya tərəfindən soruşulmalıdır ki, niyə bizim Nerkin Handa girişimiz qadağan edilib?”, - deyə Ritter bildirib. O qeyd edib ki, missiya əvvəldən Nerkin Handda problemlərin yarana biləcəyini istisna etmir. “Biz Ermənistanda qonaq statusundayıq. Ermənistan bu məsələ ilə məşğul olmalıdır, çünki biz Ermənistanda yerləşən Rusiyanın sülhməramlı qüvvələri ilə əlaqə saxlamırıq”, - deyə Aİ missiyasının rəhbəri bildirib. Eyni zamanda, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan bu insidentlə bağlı çıxış edərək qeyd edib ki, Rusiya tərəfi Nerkin Hand kəndi yaxınlığında baş verən son insidentin qarşısını ala bilməyib. Yeri gəlmişkən, Nikol Paşinyan ötən gün Fransada işgüzar səfərdə olub və səfər zamanı Fransa prezidenti Emmanuel Makron da Nerkin Handdakı insidentə toxunub. Söz yox ki, Makron hadisələrin Paşinyan ssenarisini təqdim edir. Ermənistan hökumətinin versiyasına görə, Nerkin Handda baş verənlərə görə hamı günahkar və cavabdehdir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Avropaİttifaqı  


Bizi "telegram"da izləyin