Erməni politoloq: “Rusiya Ermənistanın təhlükəsizliyini təmin etmək funksiyasını yerinə yetirməyib, yetirmir və yetirmək niyyətində deyil”

2024/02/1708672072.jpg
Oxunub: 388     22:37     23 Fevral 2024    
“Çox adamın beynində belə bir model var ki, bizim təhlükəsizliyimizi təmin etmək funksiyalarını yerinə yetirən müəyyən Rusiya olub, indi onun yerinə başqasını seçmək lazımdır. Amma hər iki tezis yanlışdır”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Aleksandr İskəndəryan deyib.

Onun sözlərinə görə, Rusiya ən azı 2016-cı ildən bu funksiyaları yerinə yetirməyib, bu günə kimi yerinə yetirmir və yerinə yetirmək niyyətində deyil.

“Dünya təcrübəsi göstərir ki, münaqişənin iki tərəfi razılığa gəlmək istəyəndə, lakin belə bir imkan olmadıqda, onlara texniki vasitəçi lazım olur. Ona görə də adətən regionda baş verən hadisələrdə birbaşa maraqlı olan ölkələr seçilmir. Məsələn, Rusiya sadəcə olaraq vicdanlı vasitəçi ola bilməz, o, bu regionda oyunçudur, həqiqətən neytral ola bilməz. Belə proseslər üçün regionda real marağı olmayan ölkələr seçilir”, - deyə İskəndəryan qeyd edib.

İskəndəryan vurğulayıb ki, Rusiya ilə Qərb çox kəskin toqquşma içindədir, ona görə də Qərbin istənilən hərəkəti Rusiyada qısqanclığa səbəb olur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin