Putinin modernləşdirilmiş strateji raket daşıyıcısı ilə uçuşu başa çatıb - YENİLƏNİB

2024/02/65d74-1708606525.jpg
Oxunub: 298     17:14     22 Fevral 2024    
Rusiya Prezidenti Vladimir Putinin modernləşdirilmiş strateji raket daşıyıcısı Tu-160M ilə uçuşu başa çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Kremldəki mənbə bildirib.

Qeyd olunub ki, uçuş 30 dəqiqə davam edib.

Xatırladaq ki, daha əvvəl uçuşun 40 dəqiqə davam edəcəyi barədə məlumat verilmişdi.

***

Rusiya Prezidenti Vladimir Putin Tu-160M ​​strateji bombardmançı təyyarəsi ilə uçuş həyata keçirir.

Ordu.az xəbər verir ki, təyyarə Qorbunov adına Kazan Aviasiya Zavodunun ərazisindən havaya qalxıb.

Qeyd edək ki, bu, Putinin son 25 ildə döyüş təyyarəsi ilə üçüncü uçuşudur. Uçuş planı hərbi sirdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Tu-160M  


Bizi "telegram"da izləyin