Danimarka F-16 qırıcılarını Ukraynaya yayda verəcək

2024/02/65d73-1708605047.jpg
Oxunub: 219     16:05     22 Fevral 2024    
Danimarka yayda F-16 qırıcılarının ilk partiyasını Ukraynaya təhvil verəcək.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri Troels Lund Poulsen deyib.

“Bundan başqa, Kiyev üçün yeni yardım paketinə hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və 15 min artilleriya mərmisi daxildir”, - o vurğulayıb.

Xatırladaq ki, Niderland və Danimarka ilk olaraq Ukraynaya F-16-ların verilməsinə razılıq verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Ukrayna  


Bizi "telegram"da izləyin