APA İcraedici Şurasının sədri: "Asiya zəngin bölgə olsa da, öz potensialından tam istifadə etmir"

2024/02/8cacf-1708604741.jpg
Oxunub: 239     16:02     22 Fevral 2024    
Asiya zəngin bölgəyə sahib olsa da, öz potensialından tam istifadə etmir.

Ordu.az xəbər verir ki, bu fikirləri Asiya Parlament Assambleyasının (APA) İcraedici Şurasının sədri Abdulkadir Emin Önen fevralın 22-də Bakıda keçirilən APA-nın 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təbii sərvətlərdən bəhrələnərək sənaye sahəsinin inkişafına diqqət edilməlidir: "Misal olaraq, mədən sənayesi inkişaf etsə, daha yaxşı olar. Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün hərtərəfli inkişaf lazımdır".

Şura sədri bildirib ki, regiondakı inkişaf istismar olunmamalıdır: "Asiya dünyanın mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Asiya istehsalçı və istehlakçı corğafiya olmaqla dünyanın ürəyini təşkil edir. Bu inkişaf da məhz sülh və sabitliyin təmin edilməsində istifadə olunur. Ümumilikdə, son dövrlər baş verən münaqişələrə son qoyulmalı və humanitar yardım əsas tələb kimi qarşıda durmalıdır".

O vurğulayıb ki, münaqişə nəticəsində dünyanın beynəlxalq hüquq normaları pozulur və ABŞ buna göz yumur: "Yüksək humanitar dəyərlər bir sıra ölkələr tərəfindən istismar olunmamalıdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: APA   Asiya   Azərbaycan  


Bizi "telegram"da izləyin