Rusiya Qara dəniz üzərindən uçan Fransa hərbi təyyarələrini vurmaqla hədələyib

2024/02/65d73-1708603385.jpg
Oxunub: 186     15:42     22 Fevral 2024    
Rusiya Qara dəniz üzərində uçan Fransa hərbi təyyarələrini vurmaqla hədələyib.

Ordu.az xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr naziri Sebastien Lekornu deyib.

“Bir ay əvvəl Rusiyanın hava nəqliyyatına nəzarət sistemi Qara dənizdə Fransa aviavasitəsini vurmaqla təhdid edib, baxmayaraq ki, biz beynəlxalq azad zonada patrul uçuşu həyata keçirirdik”, - nazir deyib.

Lekornu əlavə edib ki, Moskvanın aqressiv mövqeyi Rusiyanın Ukraynada döyüş meydanında üzləşdiyi çətinliklə izah edilə bilər. O, yaranmış vəziyyəti Soyuq müharibə dövrü ilə müqayisə edib.

"Biz xüsusilə aqressiv Rusiya mövqeyinin qayıtdığını görürük”, - Lekornu deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Fransa  


Bizi "telegram"da izləyin