Yəməndə hücuma məruz qalan gəmidə yanğın baş verib

2024/02/1707721648.jpg
Oxunub: 102     13:27     22 Fevral 2024    
Yəmən sahillərində hücuma məruz qalan gəminin göyərtəsində yanğın baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzinin (UKMTO) məlumatında bildirilib.

Qeyd edilib ki, UKMTO Yəmənin Ədən şəhərinin 70 dəniz mili cənub-şərqində insident barədə məlumatlandırılıb.

Bildirilib ki, hadisə hücum olaraq təsnif edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Gəmi  


Bizi "telegram"da izləyin