Medvedyev: Ukrayna ilə danışıqlar Kiyev rejimi dəyişdikdə mümkün olacaq

2019/04/ucWFQ-1554531953.jpg
Oxunub: 119     12:35     22 Fevral 2024    
Ukrayna ilə danışıqlar Kiyev rejimi dəyişdikdə mümkün olacaq.

Ordu.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası bundan imtina etməsə də, Qərb Kiyevi danışıqlara razı sala bilmir.

Medvedyev vurğulayıb ki, Rusiya Federasiyası Kiyev rejimi ilə də danışıqlardan imtina etməyib, lakin Qərb bu prosesi yerindən tərpədə bilmir.

Rusiyalı siyasətçi Qərbdən Ukraynada atəşkəsə dair çağırışların əsasən Kiyevə fasilə vermək və Ukrayna qoşunlarını yeni əks-hücum əməliyyatına hazırlamaq cəhdi olduğunu söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Medvedyev   Ukrayna  


Bizi "telegram"da izləyin