Erməni ekspert: “Almaniyada Ermənistan hakimiyyəti Azərbaycanın xeyrinə növbəti güzəştə razılaşıb”

2024/02/1708590001.jpg
Oxunub: 244     15:18     22 Fevral 2024    
“Almaniyanın Cənubi Qafqazda heç bir təsiri yoxdur, ona görə də Şoltsun vasitəçiliyinə böyük əhəmiyyət verməyə ehtiyac yoxdur”.

Ordu.az xəbər verir ki, bunu enerji təhlükəsizliyi üzrə erməni ekspert Armen Manvelyan deyib.

O qeyd edib ki, İlham Əliyev Paşinyanla görüşdən razı qalıb.

“Bu o deməkdir ki, Ermənistan üçün risklər artır, çünki o, hansısa başqa güzəştə razı olub. Söhbət Ermənistan konstitusiyasından müstəqillik bəyannaməsinə istinadın çıxarılması ilə bağlı ola bilər. Amma bu, Azərbaycanı dayandıra bilməz. O, bunu Ermənistan dövləti məhv edilənə qədər sonsuz güzəştlər, o cümlədən anklavlar, Ermənistana 200-400 min nəfər azərbaycanlının köçürülməsi və s. tələblər şəklində davam etdirəcək”, - deyə Manvelyan bildirib.

Erməni ekspert vurğulayıb ki, Almaniyada Ermənistan hakimiyyəti Azərbaycanın xeyrinə növbəti güzəştə razılaşıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: aAlmaniya   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin