“Bu dövrü Türkiyə aviasiyasının qızıl dövrü adlandıracaqlar” - Selcuk Bayraktar

2022/09/thumb-1662027705.jpg
Oxunub: 187     14:59     22 Fevral 2024    
“Biz aviasiyada uğursuz macəramızın yenidən doğulmasını izləyirik”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selcuk Bayraktar deyib.

“Gələcək nəsillərimiz bu dövrə nəzər saldıqda, 2000-ci illərdə milli texnologiya hərəkəti vizyonu ilə başlayan bu dövrü Türkiyə aviasiyasının qızıl dövrü adlandıracaqlar”, - deyə o qeyd edib.

Bayraktar bildirib ki, Türkiyə Respublikasının ikinci əsri olan Türkiyə Əsri aviasiyanın qızıl dövrü ilə yadda qalacaq.

“Bəzi siyasi qrupların bütün əngəl olma səylərinə baxmayaraq, millətimiz lazımi dəstəyi əsirgəməyəcək və inşallah TEKNOFEST nəslimizdə milyonlarla gəncin imzasını daha yüksək zirvələrdə görməyə davam edəcəyik. “Bayraktar TB2”, “Anka”, “Aksungur”, “Akıncı”, “Hürkuş”, “Atak-2”, “Gökbey”, “Hürjet”, “Bayraktar TB3”, “Bayraktar Kızılelma”, “Anka-3” və son olaraq “Kaan” ölkəmizə xeyirli, uğurlu olsun”, - deyə Bayraktar əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Aviasiya  


Bizi "telegram"da izləyin