“168.am”: Bundan sonra Ermənistanın konstitusiyası Paşinyanın istədiyi kimi şərh olunacaq

2024/02/1708589691.jpg
Oxunub: 191     14:47     22 Fevral 2024    
Fevralın 9-da Ermənistan Konstitusiya Məhkəməsində (KM) Ermənistan Konstitusiya Məhkəməsinin yaradılmasının 28-ci ildönümü və məhkəmə ilinin rəmzi açılışı ilə bağlı rəsmi tədbir keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, tədbirdə Ermənistanın 5-ci prezidenti Vahaqn Xaçaturyan, Nikol Paşinyan, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin nümayəndələri, Ermənistanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Müəllif bildirib ki, həmin gün Nikol Paşinyan kifayət qədər təhlükəli dipnotlardan ibarət mesaj verib.

“Bu mesajın institusional ədalət mühakiməsi və ədalətlə bağlı cəmiyyətin gözləntiləri ilə əlaqədar hökumətin məlum iclasında korrupsiya işlərində hökmlərin olmaması ilə bağlı məşhur etirazla eyni nəticələr verəcəyi şübhəsizdir. Nikol Paşinyanın sözlərinə görə, bizim ədliyyə institutlarımız hələ də Ermənistan vətəndaşlarına ədalət hissi aşılamır, buna səbəb qurumların və ictimaiyyətin ədalət haqqında fikirlərinin üst-üstə düşməməsidir. Lakin Konstitusiya Məhkəməsinin sədrinin Nikol Paşinyanın çıxışına reaksiyası daha təhlükəli olub. Arman Dilanyan artıq çıxışında konstitusiya və konstitusiya normalarının necə şərh edilməli olduğunu qeyd edib. Belə təəssürat yaranıb ki, iki çıxış əvvəlcədən razılaşdırılıb”, - deyə nəşr vurğulayıb.

Müəllif əlavə edib ki, bundan sonra Ermənistanın konstitusiyası Nikol Paşinyanın istədiyi kimi şərh olunacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Konstitusiya  


Bizi "telegram"da izləyin