Keçmiş erməni döyüşçü: “Nerkin Handda yenə ölülərimiz oldu, bu, millətə yenə dərs olmayacaq”

2024/02/1708589637.jpg
Oxunub: 267     14:20     22 Fevral 2024    
“Bu gün 1988-ci ildə baş verənləri təkrarlamaq çətindir, çünki Qarabağı itirdikdən sonra insanların biganəliyini görəndə hər şeyin qat-qat çətin olacağını anlayırsan”.

Ordu.az xəbər verir ki, bunu erməni separatizminin iştirakçılarından biri, Ermənistanın “Qarabağ Müharibəsi Döyüşçüləri Birliyi” ictimai təşkilatının üzvü Yeğişe Aruşanyan deyib.

O qeyd edib ki, görünür, bıçaq hələ sümüyə çatmayıb.

“Bu gün insanlar milli yox, maddi və şəxsi şeylərə üstünlük verirlər. Bir neçə gün əvvəl Nerkin Handda yenə ölülərimiz oldu, bu, millətə yenə dərs olmayacaq. Bu geniş yayılmış laqeydlikdə nə Nerkin Handda baş verənlər, nə də yaxın gələcəkdə gözlənilən itkilər görünməyəcək. Əminəm ki, millət belə otursa, daha böyük itkilərimiz olacaq”, - deyə Aruşanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Nerkin-Hand  


Bizi "telegram"da izləyin