Erməni analitik: “2018-ci ildə xarici siyasəti dəyişmək üçün Ukraynada olduğu kimi rəngli inqilab planlaşdırılıb”

2024/02/1708589511.jpg
Oxunub: 165     12:53     22 Fevral 2024    
“Bu hakimiyyət öz məqsədlərinə çatmaq üçün hər şeyi edir”.

Ordu.az xəbər verir ki, bunu erməni analitik Vardan Hakobyan deyib.

Onun sözlərinə görə, 2018-ci ildən Ermənistanda rusofobiya emosional təzahür göstərib və bunun bayraqdarlarından biri 2018-ci ilin rəngli inqilabından əvvəl Rusiya bayrağını açıq şəkildə yandıran Ermənistanın hazırkı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandır.

“Bəzi hallar onların məqsədlərinə çatmasına mane olur, bunlardan biri də Ermənistanın konstitusiyasıdır. Bu hakimiyyətin bundan sonra atacağı addımlar konstitusiyaya ziddir, ona görə də yeni konstitusiya qəbul etmək istəyirlər”, - deyə Hakobyan qeyd edib.

Hakobyan bildirib ki, 2018-ci ildə Ermənistanın xarici siyasətini dəyişmək üçün Ukraynada olduğu kimi rəngli inqilab planlaşdırılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xarici-siyasət  


Bizi "telegram"da izləyin