Erməni deputat: “10-a yaxın insan 15 milyon dram ödəməyə və məcburi hərbi xidmət keçməməyə hazır olduğunu bildirib”

2024/02/1708587712.jpg
Oxunub: 208     17:56     22 Fevral 2024    
“Axtarışda olan 10-a yaxın yaşı 27-dən yuxarı olan insan Ermənistana qayıdıb, 15 milyon dram (təxminən 37 min dollar) ödəməyə və məcburi hərbi xidmət keçməməyə hazır olduğunu bildirib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı, bu yaxınlarda qəbul edilmiş qalmaqallı qanunun müəllifi Hayk Sarkisyan deyib.

Erməni deputat qeyd edib ki, onlara qarşı cinayət işlərinə xitam veriləcək və yeni pasportlar alacaqlar.

Sarkisyanın hesablamalarına görə, bir il ərzində qanundan 500-dən 1000-ə qədər insan faydalanacaq.

Sarkisyan xatırladıb ki, 27 yaşını tamamlamış, orduda xidmət etməyən və cinayət məsuliyyətinə cəlb edilmiş insanlar 2,5 milyon dram ödəyə və 1 il orduda qulluq edə, 5 milyon dram ödəyə və 6 ay qulluq edə, 8 milyon dram ödəyə və 1 ay qulluq edə, yaxud 15 milyon dram ödəyə və ümumiyyətlə qulluq etməyə bilər.

“Sonuncu bənd artıq qüvvədədir, qalanları üçün isə hökumət yekun prosedur hazırlamalıdır”, - deyə erməni deputat əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-xidmət  


Bizi "telegram"da izləyin