Erməni vəkil: “Bəli, Ermənistan Müdafiə Nazirliyi insanlara məxsus avtomobilləri müsadirə edib”

2024/02/timth-1708587663.jpg
Oxunub: 211     17:20     22 Fevral 2024    
“Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “idarələri”nin avtomobillərinin mülkiyyəti ilə bağlı məhkəmədə baxılan mülki işlər var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Ümumi Yurisdiksiya Məhkəməsinin Erebuni iqamətgahının həyətində keçirilən etiraz aksiyası zamanı jurnalistlərə açıqlamasında ləğv edilmiş qondarma qurumun “sonuncu başçısı” Samvel Şahramanyanın mühafizəçisi Aşot Danielyanın vəkili deyib.

“Bəzi nəqliyyat vasitələri müvafiq olaraq “müdafiə naziri”nin əmri və ya digər sərəncamlarla “vəzifəli şəxslər”ə ayrılıb, onlara münasibətdə “yol polisi” onların mülkiyyət hüququnu qeydə alıb və həmin avtomobillər Ermənistana köçürülüb. Avtomobillərin əksəriyyəti Ermənistan Müdafiə Nazirliyi tərəfindən ələ keçirilib. Digər hissəsi isə iddianın təmin edilməsi ilə bağlı məhkəmənin qərarı əsasında həmin şəxslərin ixtiyarındadır. Bəli, Ermənistan Müdafiə Nazirliyi insanlara məxsus avtomobilləri müsadirə edib. Şəxsin bu əmlaklara mülkiyyət hüququ var, lakin Müdafiə Nazirliyi heç bir izahat vermədən onları müsadirə edib”, - deyə erməni vəkil qeyd edib.

O bildirib ki, həmin avtomobillərin Ermənistana verilməsi üçün heç bir əsas yoxdur.

“Həmin maşını Ermənistana bağışlayıb-bağışlamamağa sakin özü qərar verir”, - deyə erməni vəkil əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müdafiə-Nazirliyi  


Bizi "telegram"da izləyin