Ermənistanın yeni iqtisadiyyat naziri kim ola bilər?

2024/02/1708587571.jpg
Oxunub: 174     18:47     22 Fevral 2024    
Təxminən bir həftə əvvəl Vahan Kerobyan iqtisadiyyat naziri postunu tərk edib, lakin vakant nazir postunu doldurmaq Nikol Paşinyan üçün sınağa çevrilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr rəsmi mənbələrdən öyrənib ki, uyğun namizəd tapa bilmirlər.

“Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları Gevorq Papoyan və Babken Tunyanın adları mətbuatda hallanırdı, lakin Paşinyan onları parlamentdən çıxarmaq fikrində deyil, çünki qanunverici orqanda az-çox qanunu anlayan deputatlar var. Tunyan isə nazir postunu belə tutmaq istəmir. Çox güman ki, Avrasiya İqtisadi Komissiyasının sənaye və aqrar-sənaye kompleksi məsələləri üzrə kollegiyasının üzvü (nazir), səlahiyyət müddəti bir neçə gün əvvəl başa çatan Artak Kamalyan nazir təyin olunacaq. O, 2020-ci il fevralın 1-də 4 il müddətinə Avrasiya İqtisadi Komissiyasına göndərilib. Bundan əvvəl o, kənd təsərrüfatı və iqtisadiyyat nazirinin müavini vəzifəsini tutub. Avrasiya İqtisadi Komissiyasının kollegiyasında Artak Kamalyanı bir neçə ildir inteqrasiyanın inkişafı departamentinə rəhbərlik edən Qohar Barseğyan əvəz edəcək”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin