“Hraparak”: “Ağrı, yoxsa Alagöz” dilemması Ermənistan dövlət sistemində patoloji gedişat alır

2024/02/1708587477.jpg
Oxunub: 208     13:45     22 Fevral 2024    
“Ağrı, yoxsa Alagöz” dilemması artıq dövlət sistemində patoloji gedişat alır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Nikol Paşinyanın bibliya Ağrısını rədd etməsi dövlət siyasətinə çevrilib və lazımsız simvolizm təzahürlərinə malikdir.

“Son dövrdə o, qonaqlarını divarda Alagöz dağının nəhəng şəkli olan zalda qəbul edir. Amma məlum olur ki, Ağrı dağını rədd edənlər bununla kifayətlənməyib, digər dövlət qurumları da məcburi “dönüş”ə məruz qalırlar. Xüsusilə ədliyyə naziri Qriqor Minasyan da Ağrıdan imtina edərək yeni inancı, Alagözə ibadəti qəbul edib: Ədliyyə Nazirliyinin penitensiar xidməti dövlət büdcəsinin vəsaitindən Alagözün rəsmini almaq üçün 185 min dram ayırıb. İstisna deyil ki, bundan sonra “Alagözə ibadət” vəsvəsəsi ilə Ararat Mirzoyanı öz adını dəyişməyə və ya onun yerinə, məsələn, Araqats Axoyanı xarici işlər naziri təyin etməyə məcbur edəcəklər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin