“Hraparak”: Paşinyan Qarabağdan Ermənistana köçən “fiqurlar”ı “asfalta uzatmağı” əmr edib

2024/02/image-1708587365.jpg
Oxunub: 268     16:57     22 Fevral 2024    
Son günlər Qarabağdan Ermənistana köçən insanların fəallığı, erməni deputatların və separatçıların gizli iclasları, mitinqlərdəki çıxışları Ermənistan hakimiyyətini ciddi şəkildə narahat edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Paşinyan Qarabağdan Ermənistana köçən “fiqurlar”ı “asfalta uzatmağı”, şoular təşkil etməyi, onları xidməti avtomobillərdən və cangüdənlərindən məhrum etməyi əmr edib.

“Ötən gün təkcə Samvel Şahramanyanın (ləğv edilmiş qondarma qurumun “sonuncu başçısı”-red.) cangüdəni səs-küylə həbsə gətirilməyib, həm də Korrupsiyaya Qarşı Mübarizə Komitəsi ona özünü təqdim etmək tələbini ehtiva edən bildiriş göndərib. Komitənin sözçüsü bildirib ki, hansı cinayət işi çərçivəsində dəvət etdikləri ilə bağlı məlumat verə bilməzlər. Bu arada, əldə etdiyimiz məlumata görə, heç bir icraat başlanmayıb. Şahramanyanın vəkili deyir ki, onlar onun Vardapetyana ünvanlanmış ərizəsini araşdırırlar. Ərizə “Qarabağ”a (ləğv edilmiş qondarma qurum-red.) verilən “dövlət vəsaitləri”nin mənimsənilməsi ilə bağlı nəşrlərin araşdırılmasına və şübhələrin aradan qaldırılmasına aiddir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ  


Bizi "telegram"da izləyin