Erməni ekspert: “Ermənistanda sistemli korrupsiya azalmayıb, əksinə, artıb”

2020/08/15846-1598078990.jpg
Oxunub: 194     16:00     22 Fevral 2024    
“Mübarizə saxtadır, korrupsiya mövcud olub və indi də var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Auditorlar Palatasının sədri, erməni ekspert Nairi Sarkisyan deyib.

Onun sözlərinə görə, Ermənistanda sistemli korrupsiya azalmayıb, əksinə, artıb.

“Bunu Hesablama Palatasının son rəyi sübut edir, yenisi hələ dərc olunmayıb, Ermənistanın dövlət satınalmalarının yarısı bir nəfər tərəfindən həyata keçirilib, bu, qanunla qəti qadağandır və bu, özlüyündə korrupsiyanın təzahürüdür. Bir çox məktəb tikintisi layihələri korrupsiyanı göstərir. Doğulduğum kənddə iki il əvvəl tikinti başladı, sonra inşaatçıya dedilər ki, daha davam edə bilməzsən, təzə tender elan etməliyik. Başqa sözlə desək, harada başlayırlarsa, yarı yolda qoyurlar”, - deyə Sarkisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Korrupsiya  


Bizi "telegram"da izləyin