Erməni ekspert: “Azərbaycan və Türkiyə bunu müharibədə qalib gəlməyin potensial faydalarından biri kimi görür”

2024/02/1708587174.jpg
Oxunub: 197     15:45     22 Fevral 2024    
“Zəngəzur dəhlizi məsələsi Azərbaycan və Türkiyə üçün nəqliyyat və ya iqtisadi deyil, siyasi və strateji əhəmiyyət kəsb edir”.

Ordu.az xəbər verir ki, bunu enerji təhlükəsizliyi üzrə erməni ekspert Armen Manvelyan deyib.

Onun sözlərinə görə, bu, Ermənistana təzyiq göstərməyə və Azərbaycana alternativsiz Zəngəzur vilayətindən keçən Naxçıvana ən qısa çıxış imkanı verəcək.

“Azərbaycan gizlətmir ki, Zəngəzuru öz ərazisi hesab edir. Həm Azərbaycan, həm də Türkiyə bunu 44 günlük müharibədə qalib gəlməyin potensial faydalarından biri kimi görür və bu ideyadan əl çəkməyəcəklər”, - deyə Manvelyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   Zəngəzur  


Bizi "telegram"da izləyin