ASELSAN ilə platforma istehsalçısı müştərisi arasında təxminən 12 milyon dollarlıq müqavilə imzalanıb

2024/02/17083-1708587103.jpg
Oxunub: 205     16:48     22 Fevral 2024    
ASELSAN ilə platforma istehsalçısı müştərisi arasında Avropa İttifaqına üzv bir ölkənin son istifadəsinə yönəlmiş quru platformaları faydalı yüklərinin ixracı ilə bağlı müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, imzalanan müqavilənin ümumi qiymətinin 12 milyon 89 min dollar olduğu açıqlanıb.

Şirkətin yeni əmək müqaviləsi ilə bağlı açıqlaması Türkiyə İctimaiyyəti Məlumatlandırma Platformasında (KAP) dərc edilib.

Açıqlamada aşağıdakı ifadələr yer alıb:

“ASELSAN ilə platforma istehsalçısı müştərisi arasında Avropa İttifaqına üzv olan ölkənin son istifadəsinə yönəlmiş quru platformaları faydalı yüklərinin ixracı ilə bağlı ümumi dəyəri 12 milyon 89 min ABŞ dolları olan beynəlxalq alqı-satqı müqaviləsi imzalanıb”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin