Kanada Ukraynaya 800-dən çox PUA dəstəyi verəcək

2024/02/1708584407.jpg
Oxunub: 201     12:40     22 Fevral 2024    
Kanada Milli Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada Ukraynanın Rusiya ilə müharibəsində Pilotsuz Uçuş Aparatlarının (PUA) kritik əhəmiyyətə malik olduğu, müdafiəsinə dəstək üçün Ukraynaya 800-dən çox “SkyRanger” R70 tipli PUA göndəriləcəyi bildirilib.

Ordu.az xəbər verir ki, açıqlamada müşahidə və kəşfiyyat məlumatlarının toplanması baxımından əhəmiyyətli olduğu qeyd edilən PUA-ların döyüş sursatı da daxil olmaqla 3,5 kiloqrama qədər material daşımaq üçün istifadə oluna biləcəyi qeyd olunub.

Nazirlik bəyan edib ki, Ukrayna ordusu PUA-lar sayəsində daha çox məlumat toplayaraq, hədəfləri daha sürətli və daha dəqiq aşkarlaya biləcək.

PUA çatdırılmasının Kanadanın daha əvvəl açıqladığı 500 milyon Kanada dolları hərbi yardım paketi çərçivəsində həyata keçiriləcəyi və dəyərinin təxminən 95 milyon Kanada dolları olduğu vurğulanıb.

Qeyd edək ki, “SkyRanger” R70 model PUA-lar Ontarioda ABŞ-nin “Teledyne” texnologiya şirkəti tərəfindən istehsal olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Ukrayna  


Bizi "telegram"da izləyin