Makron: "Fransa Ermənistana müdafiə təyinatlı hərbi texnikanın verilməsinə razılıq verib"

2023/09/1693990344.jpg
Oxunub: 330     21:27     21 Fevral 2024    
Fransa Ermənistana müdafiə təyinatlı hərbi texnikanın verilməsinə razılıq verib.

Ordu.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.

"Ermənistanla müdafiə sahəsində əməkdaşlığı davam etdirəcəyik. Fransa müdafiə təyinatlı hərbi ləvazimatların tədarükünə razılıq verib və heç bir gərginlik istəməyərək tam məsuliyyətlə buna davam edəcək”, - E.Makron bildirib.

Fransa lideri qeyd edib ki, ölkəsi Cənubi Qafqazın sülh, inteqrasiya və əməkdaşlıq regionu olmasını istəyir:

"Biz Cənubi Qafqazın sülh və əməkdaşlıq regionu olmasını istəyirik və bu mənada regional kommunikasiya kanalları inteqrasiya faktoru olmalıdır".

E.Makron fevralın 12-də Erməninstanla şərti sərhəddə azərbaycanlı hərbçinin yaralanmasından təəssüfləndiyini vurğulayıb.

"Fransa regionda sülh və sabitliyin bərqərar edilməsinə yönəlmiş səylərə töhfə verməyə davam edəcək. Buna yalnız beynəlxalq hüquqa, suverenliyə, sərhədlərin toxunulmazlığına və ölkələrin ərazi bütövlüyünə hörmət etməklə nail olmaq olar", - Fransa Prezidenti əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Fransa   Ermənistan  


Bizi "telegram"da izləyin